Yumurta istehsalı artıb

Yumurta istehsalı artıb
2020-ci ilin yanvar-aprel aylarında quş əti də daxil olmaqla diri çəkidə 171,2 min ton ət,659,9 min ton süd, 653,2 milyon ədəd yumurta və 2,3 min ton yun istehsal edilib.

AMVPRESS.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2019-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 9,3 faiz artmış, yun istehsalı isə eyni səviyyədə qalıb.
 
AMVPRESS.AZ

Xəbər lenti