TOTAL-ın region üzrə yeni vitse-prezidenti SOCAR-a təqdim olundu - FOTO

SOCAR-ın prezidenti Rövnəq Abdullayev TOTAL şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə TOTAL şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni təyin olunmuş vitse-prezidenti Kristin Mari Hili SOCAR rəhbərliyinə təqdim edilib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev ötən ilin bütün ölkələr üçün çətin keçdiyini, dünyanın yeni çağırışlarla üz-üzə qaldığını, lakin pandemiya və iqtisadi tənəzzülə baxmayaraq, Azərbaycanın üzləşdiyi müharibədən qələbə ilə çıxdığını bildirib.
Rövnəq Abdullayev Fransadakı siyasi dairələrin ölkəmizə qarşı bitərəfliyini qoruya bilməyib, qərəzli mövqe nümayiş etdirdiklərinə görə Azərbaycanın haqlı etirazını qonaqların da diqqətinə çatdırıb.
TOTAL şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti ötən il birgə layihə çərçivəsində bütün fəaliyyətlərin itkisiz və təhlükəsiz şəraitdə həyata keçirildiyini və bunun mühüm nailiyyət olduğunu bildirib. TOTAL-ın tam özəl bir şirkət olaraq, Fransa dövləti ilə hər hansı bağlılığının olmadığı qeyd edilib, şirkətin Azərbaycana və birgə həyata keçirilən "Abşeron” layihəsinə sadiq qalması vurğulanıb.
Daha sonra bundan əvvəl TOTAL-ın Kanadanın Kalqari şəhərindəki bölməsinin icraçı direktoru vəzifəsində çalışmış Kristin Mari Hili TOTAL şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni vitse-prezidenti kimi SOCAR rəhbərliyinə təqdim olunub. Kristin Mari Hili əmək fəaliyyəti dövründə müxtəlif aparıcı şirkətlərdə çalışıb, son illərdə isə TOTAL şirkətində fəaliyyət göstərib.
Görüşdə neft-qaz bazarlarının inkişaf perspektivləri və "Abşeron” yatağında həyata keçirilən işlərlə bağlı fikir mübadiləsi aparılıb. SOCAR prezidenti qeyd edib ki, müxtəlif ölkələrin aparıcı şirkətləri Azərbaycanın yeni qaz yataqlarının işlənməsinə xüsusi maraq göstərir. Son dövrdə qaz bazarında vəziyyətin yaxşılığa doğru dəyişməsi, ötən il qiymətlərin kəskin düşməsindən sonra, bu il təbii qazın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsi qaz biznesinin dayanıqlığına dəlalət edir.
TOTAL-ın kəşfiyyat və hasilat üzrə prezidenti qeyd edib ki, dünyada demoqrafik artımla bağlı olaraq yaxın onilliklərdə enerjiyə tələbat artmaqda davam edəcək. TOTAL-ın proqnozlarına əsasən 2050-ci ilə qədər enerji istehlakında neft və qazın payı 50 faizdən aşağı düşməyəcək. Ümumilikdə isə qaza olan tələbatın yüksələcəyi proqnozlaşdırılır. TOTAL rəsmisi şirkətin həm neft-qaz hasilatı, həm də bərpa olunan enerji sahəsində davamlı investisiya planlarından bəhs edib.
Birgə həyata keçirilən "Abşeron” layihəsi çərçivəsində 2022-ci ildə ilk qazın hasilatına başlanılması əsas hədəf kimi qeyd olunub. Bunun üçün ötən il dənizə yola salınan platformanın üzərində bu il ərzində üç üst modulunun SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilib quraşdırılması nəzərdə tutulur. Hasil olunacaq qazın nəqli Neft Daşları üzərindən layihələndirildiyinə görə, hazırda Neft Daşlarında müvafiq modifikasiya işləri davam etdirlir.
Görüşdə yatağın işlənməsinin növbəti mərhələləri ilə bağlı müxtəlif məsələlər də müzakirə olunub. Qarşıdakı mərhələlərdə gəlirliyi təmin etmək üçün ölkədaxili qaz tariflərində artımın məqbul vasitə olmadığını xüsusi vurğulayan Rövnəq Abdullayev layihənin effektivliyini təmin etmək üçün xərclərin azaldılması zərurətini qeyd edib. Görüşdə həmçinin digər layihələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Abşeron” yatağının işlənməsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri SOCAR Absheron (50 faiz) və TOTAL EP Absheron (50 faiz) şirkətləri arasında bərabər bölünüb.
Xəbər lenti
-
11:25Ötən il əmək qanunvericiliyinin pozulması ilə bağlı neçə fakt aşkarlanıb? - RƏSMİ
-
11:22Həftəsonları nəqliyyatın fəaliyyəti bərpa olunacaq? - AÇIQLAMA
-
11:19Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı - RƏSMİ
-
11:16Azərbaycanda iqtisadi subyektlərin rəhbərlərinə xəbərdarlıq edildi
-
20:05Vətən müharibəsinin molokan döyüşçüləri ilə görüş keçirilib
-
13:38Nazirlik rəsmisindən ibtidai siniflərdə əyani təhsillə bağlı AÇIQLAMA
-
13:32Ənənəvi dərslər 15 gün müddətinə açılır? - AÇIQLAMA
-
13:30Nazir qeyri neft-qaz sektoru üzrə vergi daxilolmaları barədə məlumat verdi - FOTO
-
11:28Azərbaycanda bərpa olunan enerji sahəsində görülən işlər və perspektivlər
-
11:25Ötən il bank filialları azalsa da, ATM-lərin sayı artıb
-
11:23“Qarabağ inciləri” müsabiqəsinə 400-dən çox dizayn nümunəsi göndərilib - FOTO
-
11:22Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən görüntülər - VİDEO
-
11:202020-ci il üzrə güzəştli şərtlərlə verilən orta aylıq pensiya məbləği AÇIQLANDI
-
18:32İsmayıllıda gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir
-
12:06Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
-
12:04Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb
-
11:19Naxçıvanda sahibkarlara verilən kreditlər 25% artıb
-
11:09"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzi mükafatlandırıb
-
10:55“WhatsApp” 30 milyon abunəçisini itirdi
-
10:53Samir Şərifov: “Zəfər yürüşünün maliyyələşdirilməsi tam icra olunub”
-
10:4320 dollarlıq əsginasın üzərində afroamerikalı fəalın şəkli ola bilər – FOTO/VİDEO
-
10:39Pandemiya dövründə dünyanın ən təhlükəsiz hava yolları şirkəti açıqlandı
-
16:24Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
-
16:23Türkiyənin təhsil nazirindən Emin Əmrullayevin paylaşımına REAKSİYA
-
16:18İlham Əliyevdən müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı SƏRƏNCAM
-
16:16İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB + VİDEO
-
16:09Nazir Qarabağın dirçəlişinin qeyri-neft sektoruna təsirindən yazdı - FOTO
-
15:52Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlərini açıqladı
-
16:04Tələbə dərs oxusun, yoxsa işləsin - Dilemma qarşısında
-
11:08Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
11:06KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
11:05Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
11:03Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
14:56Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
13:28Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
13:21Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI
-
13:16Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
-
13:15Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA
-
13:13Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
-
13:11Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondu ilə bağlı paylaşım etdi - FOTO
Digər xəbərlər
-
İctimai, Maliyyə, Biznes, Manşet
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
İctimai, Maliyyə, Biznes, Manşet
SOCAR və Amerika Neft İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
-
İctimai, Maliyyə, Biznes, Manşet
TOTAL-ın region üzrə yeni vitse-prezidenti SOCAR-a təqdim olundu - FOTO
-
İctimai, Maliyyə, Biznes, Manşet
“Köhnə dostluq”: SOCAR biznesinin istiqamətini və coğrafiyasını genişləndirir - ŞƏRH + FOTO
-
İctimai, Maliyyə, Biznes, Manşet
Nazir Ukrayna səfiri ilə görüşüb: İqtisadi əlaqələrin şaxələndirilməsi müzakirə olunub
-
İctimai, Maliyyə, Biznes, Manşet
Ölkədə yeni iş yerləri yaradılacaq
-
İctimai, Maliyyə, Biznes, Manşet
“AMV Consulting” şirkəti: “Nazirlik saxta imzanı görmür”
-
İctimai, Maliyyə, Biznes, Manşet
Azərbaycan ilk dəfə kasıb ölkələr üçün donor olacaq
-
İctimai, Maliyyə, Biznes, Manşet
SOCAR memorandumu imzaladı