Səbuhi Abbasov: “Bu görüş Azərbaycanın diplomatik qələbəsi, Ermənistanın isə növbəti kapitulyasiyası ilə nəticələndi”

12 Yanvar 2021, 15:14
12 Yanvar
2021
15:14
10317
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.
Tarixi hadisəyə münasibət bildirən 7NEWS.az saytının rəhbəri, QHT sədri Səbuhi Abbasov görüşü diplomatiyamızın növbəti qələbəsi kimi dəyərləndirdi: "44 günlük Vətən müharibəsindən, şanlı qələbəmizdən sonra bütün dünya Azərbaycan ordusunun qüdrətini gördü. Sevindirici hal ondan ibarətdir ki, bu uğurlar diplomatiya meydanında da davam edir. Ermənistan siyasi elitası darmadağın olub, ölkədə ciddi araxiya, itaətsizlik hökm sürür. Paşinyan özü belə görüşə zorla gələ bildi, xalq onu hava limanında qarşısını kəsmişdi. Ümumilikdə, görüşdəki diplomatik jestlər də qalibi məğlubdan açıq-aydın sezməyə imkan verirdi. Ermənistan mini kapitulyasiyaya aktına imza atdı, eyni zamanda, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə razılaşmasında yubanan öhdəliklərlə bağlı ciddi xəbərdarlıqlar aldı. Güman edirəm ki, Paşinyan görüşə saysız-hesabsız absurd təkliflərlə gəlmişdi. Ancaq bu təkliflərin heç biri nəzərə alınmadı, alınmayacaq da. İndiki situasiyada yalnız 1 diqtə edən tərəf var, o da Azərbaycan, vəssalam. Ermənistan baş naziri statusdan danışmağa cəhd etdi, ancaq bu cəhd olaraq qaldı. Yeni, 4 bəndli razılaşmada heç bir statusdan söhbət getmir. Ümumiyyətlə, status yoxdur, Prezident İlham Əliyev açıq və net şəkildə dedi ki, Dağlıq Qarabağ münaqişəsi yoxdur, gələcəyə baxmaq lazımdır. Yəni, ağlınızı başınıza top edin, dəmir yumruğu işə salmayın, əks halda nəticəsi dəhşətli olacaqdır. Düşünürəm ki, Ermənistanda ağlı başında olan istənilən kəs reallığı dərk və qəbul edir. Reallıq isə hər kəsə gün kimi aydındır, Qarabağ Azərbaycandır və nida! Yeni bəyanata gəldikdə isə, mətndən də aydın görünür ki, bu bəynatda Azərbaycan xalqının iradəsindən kənar heçbir bənd yoxdur. Söhbət mehriban qonşuluq siyasətinin gücləndirilməsidən, nəqliyyat dəhlizlərinin bərpasının surətləndirilməsindən və öhdəliklərə ciddi yanaşmadan gedir. Bəli, son iki ayda erməni diversantları tərəfindən təxribatlar törədildi, ancaq onların böyük əksəriyyəti bu gün həbs ediliblər, bir çox erməni terrorçuları Azərbaycan qanunları ilə mühakimə olunacaqlar”.
AMVPRESS.AZ
Xəbər lenti
-
15:33“ASAN Xidmət” və “YAŞAT”ın rəhbərləri qazilərlə görüşdü - FOTO
-
15:31Şəhid olmuş iki hərbçinin mənzilləri ailəsinə təqdim edilib
-
15:28İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEO
-
15:22Təhsil naziri pakistanlı səfirlə görüşdü - FOTO
-
11:25Ötən il əmək qanunvericiliyinin pozulması ilə bağlı neçə fakt aşkarlanıb? - RƏSMİ
-
11:22Həftəsonları nəqliyyatın fəaliyyəti bərpa olunacaq? - AÇIQLAMA
-
11:19Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı - RƏSMİ
-
11:16Azərbaycanda iqtisadi subyektlərin rəhbərlərinə xəbərdarlıq edildi
-
20:05Vətən müharibəsinin molokan döyüşçüləri ilə görüş keçirilib
-
13:38Nazirlik rəsmisindən ibtidai siniflərdə əyani təhsillə bağlı AÇIQLAMA
-
13:32Ənənəvi dərslər 15 gün müddətinə açılır? - AÇIQLAMA
-
13:30Nazir qeyri neft-qaz sektoru üzrə vergi daxilolmaları barədə məlumat verdi - FOTO
-
11:28Azərbaycanda bərpa olunan enerji sahəsində görülən işlər və perspektivlər
-
11:25Ötən il bank filialları azalsa da, ATM-lərin sayı artıb
-
11:23“Qarabağ inciləri” müsabiqəsinə 400-dən çox dizayn nümunəsi göndərilib - FOTO
-
11:22Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən görüntülər - VİDEO
-
11:202020-ci il üzrə güzəştli şərtlərlə verilən orta aylıq pensiya məbləği AÇIQLANDI
-
18:32İsmayıllıda gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir
-
12:06Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
-
12:04Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb
-
11:19Naxçıvanda sahibkarlara verilən kreditlər 25% artıb
-
11:09"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzi mükafatlandırıb
-
10:55“WhatsApp” 30 milyon abunəçisini itirdi
-
10:53Samir Şərifov: “Zəfər yürüşünün maliyyələşdirilməsi tam icra olunub”
-
10:4320 dollarlıq əsginasın üzərində afroamerikalı fəalın şəkli ola bilər – FOTO/VİDEO
-
10:39Pandemiya dövründə dünyanın ən təhlükəsiz hava yolları şirkəti açıqlandı
-
16:24Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
-
16:23Türkiyənin təhsil nazirindən Emin Əmrullayevin paylaşımına REAKSİYA
-
16:18İlham Əliyevdən müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı SƏRƏNCAM
-
16:16İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB + VİDEO
-
16:09Nazir Qarabağın dirçəlişinin qeyri-neft sektoruna təsirindən yazdı - FOTO
-
15:52Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlərini açıqladı
-
16:04Tələbə dərs oxusun, yoxsa işləsin - Dilemma qarşısında
-
11:08Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
11:06KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
11:05Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
-
11:03Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
14:56Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR
-
13:28Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI
-
13:21Təhsil kreditləri üçün dövlət büdcəsindən ayrılacaq pulun miqdarı AÇIQLANDI
27 Yanvar 2021
26 Yanvar 2021
25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021
Digər xəbərlər
-
İctimai, Maraqlı
Şəhid olmuş iki hərbçinin mənzilləri ailəsinə təqdim edilib
-
İctimai, Maraqlı
Həftəsonları nəqliyyatın fəaliyyəti bərpa olunacaq? - AÇIQLAMA
-
İctimai, Maraqlı
Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı - RƏSMİ
-
İctimai, Maraqlı, Foto
Vətən müharibəsinin molokan döyüşçüləri ilə görüş keçirilib
-
İctimai, Maraqlı, Foto
“Qarabağ inciləri” müsabiqəsinə 400-dən çox dizayn nümunəsi göndərilib - FOTO
-
İctimai, Maraqlı
Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən görüntülər - VİDEO
-
İctimai, Maraqlı, Foto
İsmayıllıda gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir
-
İctimai, Maraqlı
Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
-
İctimai, Maraqlı, Foto
Deputat şəhid ailələri ilə görüşüb - FOTOLAR