"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzinin əməkdaşları mükafatlandırılıb - FOTOLAR

""Loqos" Psixoloji və Nitq inkişafı mərkəzi olaraq əsas amalımız xalqımıza və dövlətimizə dəstək olmaq, maddi, mənəvi və psixoloji gücümüzü əsirgəməməkdir. Yaşanan ən çətin dönəmlərdə də bu missiyamızı həyata keçirərək, xalqımızın gücünə güc qatdıq."

AMVPRESS.AZ xəbər verir ki, bu sözləri mərkəzin rəhbəri Təranə Paşayeva deyib.

44 günlük müharibə dövründə psixoloji və nitq problemlərindən əziyyət çəkən qazi və şəhid ailələrinə təmənnasız xidmət göstərən "Loqos" Psixoloji və Nitq inkişafı mərkəzinin əməkdaşları mərkəz tərəfindən mükafatlandırılıb.

Mükafatçılar sırasında mərkəzin filiallar üzrə icraçı direktorları, baş uşaq psixoloqları və digər mütəxəssislər yer alıb.

Mərkəz əməkdaşlarına təşəkkürnamələr təqdim edən Təranə Paşayeva bu dəstək üçün onlara öz təşəkkürünü bildirib.
 
AMVPRESS.AZ

Xəbər lenti