Yarım ildə Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub

Yarım ildə Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub
Bu ilin yanvar-iyun aylarında Azərbaycana kondisioner idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən dövrdə ölkəyə 138,8 min kondisioner idxal edilib. Ölkəyə gətirilmiş kondisionerlərin dəyəri isə 33 milyon 43,8 min ABŞ dolları olub.

Altı ayda 35 milyon 363,8 min dollarlıq 244,8 min ədəd hesablama maşını, blok və qurğusu idxal olunub. Bundan başqa, hesabat dövründə paltaryuyan maşın idxalı 1,2 faiz və ya 86,98 min ədəd artıb. Bu idxalın dəyəri 17 milyon 731,2 min dollar təşkil edib.

AMVPRESS.AZ

Xəbər lenti