Yanvar ayı üzrə pensiyaların ödənişinə başlandı

Yanvar ayı üzrə pensiyaların ödənişinə başlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb.

 

Nazirlikdən bildirilib ki, bu üç şəhər və rayon üzrə bütün pensiya vəsaitlərinin pensiyaçıların hesablarına köçürülməsi prosesi bu gün ərzində tam yekunlaşacaq.  

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

AMVPRESS.AZ

Xəbər lenti