VÖEN-i onlayn qaydada necə bağlamaq olar? - NAZİRLİKDƏN AÇIQLAMA

VÖEN-i onlayn qaydada necə bağlamaq olar? - NAZİRLİKDƏN AÇIQLAMA
 
Vergiödəyicisi VÖEN-i onlayn qaydada bağlaya bilərmi?
AMVPRESS.AZ xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergiödəyicisi "Vergiödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış"ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergiödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergiödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda, fəaliyyətin dayandırıldığı tarixədək olan dövr üzrə öz üzərinə düşən vergi öhdəliklərini (bəyannamələrin təqdim olunması, vergi məbləğlərinin ödənilməsi) mütləq qaydada yerinə yetirməlidir. Həmçinin gücləndirilmiş elektron imza (o cümlədən "ASAN İmza”) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.
AMVPRESS.AZ 

Xəbər lenti