Vahid Əhmədov: "Azərbaycanda pensiyaçılara bütün bankomatlardan vəsaiti faizsız çıxarmağa şərait yaradılmalıdır"

Vahid Əhmədov:

"Azərbaycanda pensiyaçılar yalnız iki bankın bankomatlarından – "Kapital Bank” və "Azərbaycan Beynəlxalq Bankı”ndan vəsait çıxara bilirlər. Lakin digər bankların bankomatlarından vəsait çıxardıqda müəyyən faizlər tutulur".

AMVPRESS.AZ xəbər verir ki, bunuMilli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininiclasında çıxışı zamanı deputatVahid Əhmədovmaliyyə nazirinin müavini Azər Bayramovamüraciəti zamanı bildirib.

"30 bankın heç olmasa 20-nə icazə vermək lazımdır ki, faizsiz vəsait çıxarılması mümkün olsun”.

"Ola bilər ki, kartdantutulan vəsait yüksək maaşı olan insanlar üçün kiçik məbləğdir. Lakin 200-300 manat alanlar üçün bu 10-15 manat məbləğdir. Bütün dünyada pensiyaçılar, müharibə veteranları, əlillər istənilən bankomatdan məbləğ çıxarır, lakin heç bir əlavə rüsum tutulmur. Niyə Azərbaycanda belədir, bilmirəm. Azərbaycan Prezidenti bankların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı da sərəncam imzalayıb. Hesab edirəm ki, bu məsələni həll etmək lazımdır.

Bankomatların hamısına bu tipli şərait yaradılmalıdır. 30 bankın heç olmasa 20-nə icazə vermək lazımdır ki, faizsiz vəsait çıxarılması mümkün olsun”, - V.Əhmədov əlavə edib.

 

 
AMVPRESS.AZ

Xəbər lenti