Türkiyədəki zəlzələdə - ÖLƏNLƏRİN SAYI 39-A ÇATIB

Türkiyədəki zəlzələdə - ÖLƏNLƏRİN SAYI 39-A ÇATIB

Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb.

AMVPRESS.AZ xəbər verir ki, Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, 87 binanın dağıldığı, 2219 binanın müxtəlif dərəcəli zədə aldığı bildirilir. Dağıntılar altından xilas edilənlərin sayı 45-ə yüksəlib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

AMVPRESS.AZ

Xəbər lenti