“Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Nərimanov rayonunda "Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsi qaliblərindən olan "Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə layihə rəhbəri, "İctimai.az” saytının baş redaktoru Rəşad Bayramov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, layihənin eksperti Elşən Qəhrəmanov və fəal gənclər iştirak ediblər.

İlk olaraq çıxış edən layihə rəhbəri Rəşad Bayramov, İmadəddin Nəsimi yaradıcılığı, onun fəaliyyəti, 2019-cu il "Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər və layihələr barədə iştirakçıları məlumatlandırıb.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, layihənin eksperti Elşən Qəhrəmanov, İmadəddin Nəsimi fəaliyyəti və yaradıcılığı barədə geniş məlumat verərək, onun dilinə, xalqına, vətəninə sadiqliyindən bəhs edib, gəncləri fəal olmağa, ölkəmizin ictimai-sosial həyatında gəncləri aparıcı yer tutmağa dəvət ediblər.

Daha sonra layihə çərçivəsində keçirilən esse müsabiqəsinin qalibləri elan edilib və onlara diplomlar təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, "Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərində ümumilikdə 4 tədbir keçiriləcəkdir.

Xəbər lenti