Nərimanov rayonunda "Rəqs marafonu" adlı rəqs müsabiqəsi layihəsinin final mərhələsi keçirilib

Nərimanov rayonunda

05 noyabr 2019-cu il tarixdə Bakı Biznes və Kooperasiya Kollecində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Rəqs marafonu" adlı rəqs müsabiqəsi layihəsinin final mərhələsi keçirilib.


AMVPRESS.AZ xəbər verir ki, final mərhələsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Bakı Biznes və Kooperasiya Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Afaq Əsgərova, münsiflər heyəti və 100 nəfər fəal gənc iştirak etmişlər.

İlk öncə qonaqları "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayevlayihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi istedadlı gənc rəqqasları müəyyən etmək, onları dəstəkləmək və yaradıcılıq potensialını, rəqs təhsilini inkişaf etdirmək, ümumilikdə uşaq, yeniyetmə və gənclər arasında müxtəlif rəqs növlərinə marağı artırmaq, rəqs mədəniyyətini və incəsənətini təbliğ etməkdir.P.Mustafayev qeyd etdi ki, layihənin vəzifəsi uşaq, yeniyetmə və gənclərin mənəvi inkişafının təmin edilməsinə, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etmək və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.

Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Bakı Biznes və Kooperasiya Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Afaq Əsgərova layihə iştirakçılarını salamladılar və qeyd etdilər ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən qoyulur. Hər bir gəncin kiçik yaşlarından əldə etmək istədiyi, dəyər verdiyi və onun reallaşmasına can atdığı arzuları vardır, bununla yanaşı xüsusi qabiliyyət və bacarıqları vardır ki, onların hesabına yaradıcı gənc kimi formalaşmağa başlayırlar.

Layihənin final mərhələsində 12 nəfər yeniyetmə və gənc mübarizə apardı. Onlardan Azərbaycan milli rəqs nominasiyası üzrə I yeri "Tərəqqi” texniki-humanitar liseyin şagirdi Salamov Nurlan, II yeri 73 saylı tam orta məktəbin şagirdi Şirinova Ayan, III yeri 82 saylı tam orta məktəbin şagirdi Əsədzadə Eldar, xarici rəqs nominasiyası üzrə isə I yeri 34 saylı tam orta məktəbin şagirdi Fətəliyeva Zeynəb, II yeri 291 saylı "Ekologiya” liseyin şagirdi Quliyeva İradə və III yeri 39 saylı tam orta məktəbin şagirdi Məmmədova Təhminə tutmuşlar.

Ümumi layihədə 7-29 yaşlı uşaq, yeniyetmə və gənclər iştirak etmişlər. Qeyd edək ki, layihə müddətində 3 seçim turu, yarımfinal və final mərhələləri keçirilib.

Sonda qalib gəlmiş iştirakçılar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medallar və kubok ilə təltif olunmuşlar. Eyni zamanda münsiflər heyəti layihənin iştirakçılarını yüksək səviyyədə qiymətləndirdiyinə görə fəxri fərmanlarla təltif olunmuşlar.

AMVPRESS.AZ

Xəbər lenti