Mobil operatorlar 4 ayda 300 milyon manata yaxın gəlir əldə ediblər

Mobil operatorlar 4 ayda 300 milyon manata yaxın gəlir əldə ediblər
Mobil operatorlar 4 ayda 300 milyon manata yaxın gəlir əldə ediblər.

AMVPRESS.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, xüsusi karantin rejimi dövründə informasiya və rabitə xidmətləri sahəsinin fəaliyyətinə məhdudiyyət qoyulmadığından bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,4 faiz artaraq 690,2 milyon manat təşkil etmişdir ki, onun da 71,8 faizi əhali tərəfindən istehlak olunmuşdur.
Bu sahədə əldə edilmiş gəlirin 79,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Xidmətlərdən əldə edilən gəlirin 43,0 faizi və ya 296,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.
 
AMVPRESS.AZ

Xəbər lenti