Milli Məclisin bəyanatı: Fransa ATƏT-in Misk qrupundan çıxarılsın

26 Noyabr 2020, 15:03
26 Noyabr
2020
15:03
5818
Milli Məclis Azərbaycan Hökumətinə Fransa senatının qətnaməsi ilə bağlı çağırış edib.
Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayır, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə alaraq, çağırışda aşağıdakı məqamları qeyd edib:
1. Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin;
2. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın;
3. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün.
Müraciət Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən iclasında qəbul edilib.
Eyni zamanda Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bəyan edir:
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988–1994-cü illərdə işğal edilmiş ərazilərində qeyri-qanuni yaradılan və heç bir dövlət tərəfindən tanınmayan "Dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulub;
Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa Hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir;
Fransa Senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır;
Sözügedən qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun Şərq Tərəfdaşlığı proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır;
Cənubi Qafqazın və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri sülh danışıqlarında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olub;
Cənubi Qafqaz regionunda qeyri-sabitliyin davam etməsində maraqlı olan xarici qüvvələrin dəstəyindən cəsarətlənən, sülh danışıqlarını birdəfəlik pozmaq və Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribata əl atmış, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edən Azərbaycanın həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı təcavüzkar Ermənistanı sülhə məcbur edib;
Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən əks-hücum əməliyyatında Türkiyə silahlı qüvvələrinin iştirak etdiyinə və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Ermənistana qarşı istifadə olunduğuna, Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətləri törədildiyinə dair əsassız və saxta iddialar irəli sürülmüş, lakin bu iddialarla bağlı heç bir dəlil göstərilməyib;
Bununla belə, Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdlu dəstələrin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə, Azərbaycanın hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrində dinc əhaliyə və mülki obyektlərə qarşı ağır müharibə cinayətləri törədildiyinə dair təkzibedilməz faktlar mövcuddur;
Ermənistan silahlı qüvvələri 1992–1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində də dinc azərbaycanlılara qarşı bir sıra qətliamlar, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törədiblər;
Özünü insan hüquqlarına və demokratik dəyərlərə hörmətin "nümunəsi” sayan Fransa Respublikası dinc azərbaycanlılara qarşı bu cinayətlər qarşısında səssiz qalmağa üstünlük verib;
Müstəmləkə hakimiyyəti dövründə Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetiriblər. Törədilmiş soyqırım cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir;
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açıb;
Bu üçtərəfli bəyanat beynəlxalq hüquq normalarının və prinsiplərinin üstünlüyünü bərqərar etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Fransa Respublikasının özünün də dəstəklədiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, eləcə də Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərin icrasını təmin edib.
AMVPRESS.AZ
Xəbər lenti
-
12:23İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
-
12:22Türkiyənin Milliyətçi Hərəkat Partiyasından 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
-
12:21Türkiyənin Azərbaycandakı səfirliyindən 20 Yanvarla bağlı paylaşım - FOTO
-
12:1820 Yanvar üçün yaradılan zəmin, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
-
12:16Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO
-
19:18İsmayıllıda vaksinasiyaya start verildi
-
19:14Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi
-
19:1220 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar
-
19:11Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
-
12:00Dövlət Komitəsindən xəbərdarlıq: İyulun 1-dən qadağan ediləcək
-
11:59Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?
-
11:57SOCAR Rumıniyadakı fəaliyyətini genişləndirməkdə davam edir
-
11:55İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
-
11:54TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
-
11:53Daha iki şəhid ailəsi təqaüd kartları ilə təmin edilib - FOTO
-
21:32İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
-
20:38Nikitin adına kolxozun inkişaf etdirilməsi prioritetimizdir
-
17:28"Xarici donorların Azərbaycana cəlb olunması çox vacibdir" (MÜSAHİBƏ)
-
17:17“GƏNCƏVİ” Jurnalı dərc olunacaq
-
13:30Dövlət büdcəsinə köçürüləcək vəsaitlərlə bağlı dəyişiklik – LAYİHƏ
-
13:28Azərbaycanda yüksək vəzifəli şəxslər vaksinasiya olundu - FOTO
-
13:18Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin sosial hədəflərini açıqladı - VİDEO
-
13:14İlk vaksin Səhiyyə naziri Oqtay Şirəliyevə vuruldu - VİDEO
-
13:13Vaksinasiya tədbirlərinin keçirilməsinin iqtisadi əsaslandırılması
-
12:20“İnsanlar öncə xoşbəxt olmalıdır, sonra uğurlu” – Sosial sahibkar Fidan Nizamova (MÜSAHİBƏ - FOTOLAR)
-
12:01İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
-
10:41İlk olaraq Oqtay Şirəliyev peyvənd olunacaq
-
10:37Bu gündən sərt karantin rejimi yumşaldıldı
-
10:35Qalmaqala görə “WhatsApp” yeni qərarının icrasını təxirə saldı
-
10:29Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
-
12:27Müdafiə Nazirliyində brifinq keçirilib - VİDEO
-
12:2420 milyon ABŞ dollarını aşan gəlir
-
16:42“Qarabağ Qaziləri” İctimai Birliyinin Cəbrayıl filialı Vətən müharibəsi iştirakçıları və Qaziləri ilə görüşüb
-
16:04“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı tədbir keçirildi
-
15:13İsmayıllıda növbəti dəfə qazilər ziyarət olunub
-
14:56"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzinin tərəfdaşlığı ilə "COVİD" layihəsinə start verilib
-
12:21Şəhərlərarası və rayonlararası hərəkət bərpa edilir - RƏSMİ
-
12:20Bərbərxana və gözəllik salonları açılır - RƏSMİ + VİDEO
-
12:19Restoranların fəaliyyəti bərpa edilir - RƏSMİ + VİDEO
-
12:17Vaksinlərin alınması hansı maliyyə hesabına həyata keçiriləcək? - AÇIQLAMA
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021
Digər xəbərlər
-
İctimai, Manşet
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
-
İctimai, Manşet
Türkiyənin Milliyətçi Hərəkat Partiyasından 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
-
İctimai, Manşet
Türkiyənin Azərbaycandakı səfirliyindən 20 Yanvarla bağlı paylaşım - FOTO
-
İctimai, Manşet
20 Yanvar üçün yaradılan zəmin, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
-
İctimai, Manşet
Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO
-
İctimai, Manşet
İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
-
İctimai, Manşet
İlk vaksin Səhiyyə naziri Oqtay Şirəliyevə vuruldu - VİDEO
-
İctimai, Manşet
Müdafiə Nazirliyində brifinq keçirilib - VİDEO
-
İctimai, Manşet
İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTO