“Çin Kargo” şirkətinin təsisçisi və rəhbəri, nüfuzlu iş adamı Şamil Heydərov Koronavirusla Mübarizəyə dəstək oldu

“Çin Kargo” şirkətinin təsisçisi və rəhbəri, nüfuzlu iş adamı Şamil Heydərov Koronavirusla Mübarizəyə dəstək oldu

"Çin Karqo" şirkətinin rəhbəri Şamil Heydərov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində maliyyə yardımı ilə dəstək göstərib.

AMVPRESS.AZ xəbər verir ki, iş adamı Şamil Heydərov vurğulayıb ki: "Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində Cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu”na "Çin Karqo" şirkətinin rəhbəri olaraq, qoşulmağı qərara aldım. Ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah, hətta ölkə vətəndaşlarına əvəzolunmaz diqqət qayğısından ilhamlanaraq mən də 100 min manat ianə etməyə qərar verdim. "Çin Karqo" koronovirus pandemiyası ilə mübarizədə Azərbaycan ictimaiyyəti ilə həmrəy olduğunu bəyan edir. Bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur”.

Şamil Heydərovbütün şirkətlərə "COVİD 19” virusu ilə mübarizə üçün maliyyə yardımı göstərməyə və bu bəladan xilas olmaq üçün dövlətə dəstək olmağa çağırış edib.
Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

AMVPRESS.AZ

Xəbər lenti