İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev deyib:
"Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz”.
Məhəmməd Cavad Zərif:
"Təşəkkür edirəm, cənab Prezident. Mən Prezident Ruhaninin ən xoş arzularını və salamlarını çatdırıram”.
Prezident İlham Əliyev: "Çox sağ olun. Mənim də ən səmimi salamlarımı və yeni ildə ən xoş arzularımı cənab Prezidentə çatdırın. İl artıq başlayıb və mən planlarımızı müzakirə etmək, görülmüş işlərə yenidən nəzər salmaq üçün sizi Azərbaycanda qəbul etməyə şadam. Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Bildiyiniz kimi, biz çoxsaylı – prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub. Bu yaxınlarda ölkənizdə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev mənə aparılan müzakirələr və razılaşmalar barədə hesabat verdi. Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik. Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik.
Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər.
Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var. Beləliklə, cənab Nazir, bir daha xoş gəlmisiniz”.
Məhəmməd Cavad Zərif:
"Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin "3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.
Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.
Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik”.
Prezident İlham Əliyev:
"Əlbəttə. Bildiyiniz kimi, mən Xudafərin ərazisinə səfər edərkən həmin sərhədi dostluq sərhədi adlandırdım. Bu, məhz dost və qardaş xalqların sərhədidir”.
14:01
Baku TV Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifinin görüşünün görüntülərini təqdim edib:
12:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Xəbər lenti
-
14:46İlham Əliyev YAP-ın qurultayında tarixi qələbədən DANIŞDI
-
14:04İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB
-
14:03İsrailli qadın vəfat edən ərinin gözünü qazimizə bağışladı - FOTO + VİDEO
-
13:57Müalicə üçün Türkiyəyə göndərilən dörd qazimiz sağalaraq Vətənə döndü - FOTO
-
13:55Qazaxıstanın dövlət televiziyası “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımlayıb - FOTO
-
13:54YAP-ın rəhbər şəxsləri qurultaya tələsir - FOTO
-
13:52Qazaxıstan mediasında İlham Əliyevin brifinqdə səsləndirdiyi fikirlərlə bağlı məqalə dərc edildi
-
13:50Azərbaycan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə altı pillə irəliləyib
-
13:49DİM-dən buraxılış imtahanı ilə bağlı AÇIQLAMA + FOTO
-
13:47XİN rəsmisindən Azərbaycanın dünya reytinqində irəliləməsi ilə bağlı paylaşım - FOTO
-
10:12Yeni zəfərlərə aparan qüdrətli söz
-
23:53"Ən böyük mükafatınız Sizin sağlamlığınızdır" - Təşkilatçı İlmirzə Ağabəyov
-
17:04Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu
-
16:51“Mülki müdafiə və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib
-
17:31“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında
-
12:05Daha bir məktəb koronavirusa görə bağlandı
-
12:02Yaxın zamanda dollar məzənnəsi necə dəyişə bilər? - ŞƏRH
-
17:37"Ən gözəl terapiya anlaşılmaqdır" - Yaşam Koçu Zəhra Zahidova (MÜSAHİBƏ)
-
15:17"Loqos" Vətən müharibəsində 125 şəhid və qazi ailəsinə təmənnasız yardım göstərib
-
12:30"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
14:20Azərbaycanlı aktyor Tural Ələkbərov 29 yaşını qeyd edir - FOTOLAR
-
14:14Magistraturaya qəbul üçün ərizəsini təsdiq edənlərin sayı bilindi
-
14:07İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir
-
14:03Qarabağ bölgəsi “Yaşıl enerji” zonası dünya üçün bir nümunə olacaq
-
14:00Azərbaycanda xarici valyuta alqı-satqısının həcmi açıqlandı - FOTO
-
15:17İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib
-
14:35Millət vəkili Səbinə Xasayeva: "Seçicilərimin etimadını doğrultmağa çalışıram" - MÜSAHİBƏ
-
13:092020-ci ildə tətbiq edilən sanksiyaların məbləği barədə məlumat verildi - FOTO
-
13:06Rəqabət Məcəlləsinin qəbul olunacağı vaxt AÇIQLANDI
-
13:05Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı” ilə mübarizədən yazdı - FOTO
-
13:03SOCAR nəhəng şirkətlərlə şahmat masasında mübarizə aparacaq
-
13:01Şəhid ailəsi üzvləri, qazilər də daxil olmaqla daha 60 şəxs üçün kiçik bizneslər yaradıldı - FOTO
-
12:59Dövlət təşkilatları ötən il büdcədən nə qədər xərcləyib? - RƏSMİ + FOTO
-
10:49“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
-
10:40Distant təhsilin sosial - psixoloji təsirləri – Rəşad Bayramov
-
15:33"Hər yaşda insanın sevgi hissinə ehtiyacı var" - Psixoloq Zəhra Zahidova ilə MÜSAHİBƏ
-
14:32Son üç ildə minimum əməkhaqqı iki dəfədən çox artıb - FOTO
-
14:30Altı partiya hesabat verdi: Beşinin gəliri olmayıb
-
14:27Parlament partiyalarına pul ayrıldı: Biri kənarda qaldı
-
14:26SOCAR qazancını artırmağa nail olub - AÇIQLAMA
Digər xəbərlər
-
İctimai, Manşet
İlham Əliyev YAP-ın qurultayında tarixi qələbədən DANIŞDI
-
İctimai, Manşet
İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB
-
İctimai, Manşet, Foto
Prezident Belarus səfirini qəbul etdi
-
İctimai, Manşet
İlham Əliyev: “Heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”
-
İctimai, Manşet
İlham Əliyev: “Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm” - VİDEO
-
İctimai, Manşet, Foto
İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar - TAM MƏTN + FOTO
-
İctimai, Manşet
Prezidentin xüsusi nümayəndələrinin fəaliyyət sahəsi açıqlanıb
-
İctimai, Manşet, Foto
İlham Əliyev britaniyalı naziri qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
-
İctimai, Manşet, Foto
İlham Əliyev Baş Prokurorluğun yeni inzibati binasının açılışında iştirak etdi - YENİLƏNİB + FOTO/VİDEO