Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO

21 yanvar 2021-ci il tarixində "Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən "Böyük Qayğı” proqramının onlayn təqdimatı keçirilib.
Proqramın əsas məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə edərək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıdaraq, gənclərin Vətən üçün döyüşən insanlara rəğbətini əməldə göstərməkdir. Belə ki, seçilmiş şəhər və rayonlar üzrə formalaşdırılacaq mobil könüllü qrupları gündəlik əsaslarla qazilərimizi ziyarət edəcək, onların asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə yardımçı olacaqlar. Həmçinin xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlər təşkil ediləcək.
Proqrama cəlb edilən bütün könüllülər sosial həssas qruplarla işləmə bacarığı ilə bağlı təlimlərdə iştirak edəcək və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin ediləcəklər.
Təqdimatda Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, "Böyük Qayıdış” Gənclər Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri, qazilər və 200-dən artıq gənc iştirak etmişdir. Çıxış edənlər müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun tarixi qələbəsi, həmçinin dövlət başçısının tapşırığı əsasında müxtəlif dövlət qurumları tərəfindən Vətən müharibəsi iştirakçılarının dəstəklənməsi tədbirlərindən danışdılar. Bu xüsusda, gənclər tərəfindən qazilərimizə birbaşa sosial xidmət göstərmək imkanı yaradan "Böyük Qayğı” proqramına dəstək ifadə olundu.
Tədbirdə gənclərlə interaktiv müzakirələr təşkil olundu və proqramda iştirakla bağlı müraciətlər qeydiyyata alındı.
"Böyük Qayıdış” Gənclər Təşkilatının məqsədi müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesində gənclərin səfərbər edilməsi, şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, dövlət və cəmiyyət arasında körpü, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir. Təşkilat fəaliyyətində müvafiq dövlət qurumları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, KİV-lər və özəl qurumlar, eyni zamanda müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağı nəzərdə tutub.
"Böyük Qayğı” Proqramına qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər boyukqayidish.az saytı və İctimai Birliyin sosial media hesabları vasitəsilə əlaqə yarada bilərlər.
Xəbər lenti
-
17:04Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu
-
16:51“Mülki müdafiə və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib
-
17:31“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında
-
12:05Daha bir məktəb koronavirusa görə bağlandı
-
12:02Yaxın zamanda dollar məzənnəsi necə dəyişə bilər? - ŞƏRH
-
17:37"Ən gözəl terapiya anlaşılmaqdır" - Yaşam Koçu Zəhra Zahidova (MÜSAHİBƏ)
-
15:17"Loqos" Vətən müharibəsində 125 şəhid və qazi ailəsinə təmənnasız yardım göstərib
-
12:30"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
14:20Azərbaycanlı aktyor Tural Ələkbərov 29 yaşını qeyd edir - FOTOLAR
-
14:14Magistraturaya qəbul üçün ərizəsini təsdiq edənlərin sayı bilindi
-
14:07İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir
-
14:03Qarabağ bölgəsi “Yaşıl enerji” zonası dünya üçün bir nümunə olacaq
-
14:00Azərbaycanda xarici valyuta alqı-satqısının həcmi açıqlandı - FOTO
-
15:17İsmayıllıya investisiyaların cəlb olunması ilə bağlı görüş keçirilib
-
14:35Millət vəkili Səbinə Xasayeva: "Seçicilərimin etimadını doğrultmağa çalışıram" - MÜSAHİBƏ
-
13:092020-ci ildə tətbiq edilən sanksiyaların məbləği barədə məlumat verildi - FOTO
-
13:06Rəqabət Məcəlləsinin qəbul olunacağı vaxt AÇIQLANDI
-
13:05Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı” ilə mübarizədən yazdı - FOTO
-
13:03SOCAR nəhəng şirkətlərlə şahmat masasında mübarizə aparacaq
-
13:01Şəhid ailəsi üzvləri, qazilər də daxil olmaqla daha 60 şəxs üçün kiçik bizneslər yaradıldı - FOTO
-
12:59Dövlət təşkilatları ötən il büdcədən nə qədər xərcləyib? - RƏSMİ + FOTO
-
10:49“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
-
10:40Distant təhsilin sosial - psixoloji təsirləri – Rəşad Bayramov
-
15:33"Hər yaşda insanın sevgi hissinə ehtiyacı var" - Psixoloq Zəhra Zahidova ilə MÜSAHİBƏ
-
14:32Son üç ildə minimum əməkhaqqı iki dəfədən çox artıb - FOTO
-
14:30Altı partiya hesabat verdi: Beşinin gəliri olmayıb
-
14:27Parlament partiyalarına pul ayrıldı: Biri kənarda qaldı
-
14:26SOCAR qazancını artırmağa nail olub - AÇIQLAMA
-
14:22Prezident Belarus səfirini qəbul etdi
-
14:21“YAŞAT” Fondu daha bir qazimizin anasının əməliyyat xərclərini ödədi - FOTO
-
13:44“Bitcoin” tarixi rekordu yenilədi
-
16:33“Tua-TT” MMC-nin rəhbəri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etdi
-
16:31İlham Əliyev: “Heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”
-
16:30İlham Əliyev: “Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm” - VİDEO
-
16:28Akademik Arif Paşayevin doğum günüdür
-
16:27Hikmət Hacıyev Bakı Ali Neft Məktəbində - FOTO
-
16:24Mikayıl Cabbarov: “Azərbaycan yeni bir strateji dövrə daxil oldu”
-
16:20İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar - TAM MƏTN + FOTO
-
16:15“YAŞAT” Fondu iki şəhidin yeni doğulan övladının hesabına 5000 AZN vəsait köçürəcək - FOTO
-
16:14Dünya Bankı Azərbaycana 70 milyon dollar ayıra bilər
Digər xəbərlər
-
İctimai, Maliyyə, Maraqlı, Manşet
“YAŞAT” Fondu iki şəhidin yeni doğulan övladının hesabına 5000 AZN vəsait köçürəcək - FOTO
-
İctimai, Maliyyə, Maraqlı, Manşet
Şəhid ailələrinə verilən təqaüd xanımına, yoxsa valideynə düşür?
-
İctimai, Maliyyə, Maraqlı, Manşet
Vergi ödəyiciləri üçün elektron-qaimə fakturanın 9 növü müəyyən edilib
-
İctimai, Maliyyə, Maraqlı, Manşet
Azərbaycanda bərpa olunan enerji sahəsində görülən işlər və perspektivlər
-
İctimai, Maliyyə, Maraqlı, Manşet
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi - FOTO
-
İctimai, Maliyyə, Maraqlı, Manşet
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar
-
İctimai, Maliyyə, Maraqlı, Manşet
Füzuli şəhərinə çəkilən yolda son vəziyyət - ÖZƏL AÇIQLAMA
-
İctimai, Maliyyə, Maraqlı, Manşet
Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə Nazirliyi
-
İctimai, Maliyyə, Maraqlı, Manşet
Fərdi sahibkarlar üçün Azərbaycanda ilk onlayn mühasibat proqramı istifadəyə verildi