Gəncə şəhərində “Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində tədbir keçirilib

Gəncə şəhərində “Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində tədbir keçirilib

Gəncə şəhərində "Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Gəncə Maarif Evində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsi qaliblərindən olan "Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə layihə rəhbəri, "İctimai.az” saytının baş redaktoru Rəşad Bayramov, Gəncə Maarif Evinin direktoru İmamverdi Vəliyev, Gəncə Diyarşünaslıq Muzeyinin elmi işçisi Fidan Böyükbabalı və fəal gənclər iştirak ediblər.

İlk olaraq çıxış edən layihə rəhbəri Rəşad Bayramov, İmadəddin Nəsimi yaradıcılığı, onun fəaliyyəti, 2019-cu il "Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər və layihələr barədə iştirakçıları məlumatlandırıb.

Gəncə Maarif Evinin direktoru İmamverdi Vəliyev, Gəncə Diyarşünaslıq Muzeyinin elmi işçisi Fidan Böyükbabalı, layihənin eksperti Elşən Qəhrəmanov, İmadəddin Nəsimi fəaliyyəti və yaradıcılığı barədə geniş məlumat verərək, onun dilinə, xalqına, vətəninə sadiqliyindən bəhs edib, gəncləri fəal olmağa, ölkəmizin ictimai-sosial həyatında gəncləri aparıcı yer tutmağa dəvət ediblər.

Daha sonra layihə çərçivəsində intelektual bilik müsabiqəsi keçirilib və müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, "Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərində ümumilikdə 4 tədbir keçiriləcəkdir.

AMVPRESS.AZ

Xəbər lenti