DİM-lə Yunus Əmrə İnstitutu əməkdaşlıq edəcək

24 Noyabr 2020, 16:32
24 Noyabr
2020
16:32
2658
Noyabrın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) və Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanacaq.
DİM-dən bildirilib ki, protokola əsasən, DİM Türkcə Yetərlilik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun yaradılması, bununla yanaşı, xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik vəsaitləri, onlayn tədris və imtahan platformasının inkişaf etdirilməsi, eyni zamanda, Azərbaycan Dili Xarici Dil kimi İmtahanının ərsəyə gətirilməsi üçün Yunus Əmrə İnstitutu ilə qarşılıqlı əməkdaşlıq imkanları yaradacaq.
Sənədə görə, institut xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik və köməkçi materialların (elektron və çap) tərtib olunması, elektron "Azərbaycan dilinin tədrisi portalı”nın yaradılması, Avropa Şurasının çərçivə sənədi (CEFR) əsasında "Sertifikat imtahanları (A1-C1)” və "Səviyyə Ölçmə İmtahanının (SÖİ)” nümunəsi əsasında Azərbaycan dili səviyyə ölçmə imtahanı ilə Sertifikat İmtahanının məzmun və materiallarının, eyni zamanda, xarici dil kimi Azərbaycan dilinin tədrisi məqsədilə bu sahədə fəaliyyət göstərəcək müəllim və tədris işçilərinin yetişdirilməsi üçün təlimçilərin təlim proqramlarının hazırlanmasına dəstək verəcək.
DİM isə öz növbəsində CEFR əsasında hazırlanan və Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrin türk dili üzrə bir çox üstünlükləri özündə birləşdirən TYS-nin tanınmağına töhfə verəcək, TYS-nin etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün lazımi bütün texniki xidmətləri təmin edəcək.
Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq protokolu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Yunus Əmrə İnstitutunun sədri Prof. Şərəf Atəş tərəfindən imzalanacaq.
Protokolun imzalanacağı görüşdə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral da iştirak edəcək. Görüşün moderatorları Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin müdiri Səlçuk Karakılıç və DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 iyul tarixli 346 nömrəli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən Nazirlər Kabinetinin "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması”nın təsdiq edilməsi barədə sərəncamından irəli gələn fəaliyyətin həyata keçirilməsində DİM icraçı qurumlardan biri olaraq göstərilib.
AMVPRESS.AZ
Xəbər lenti
-
12:23İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
-
12:22Türkiyənin Milliyətçi Hərəkat Partiyasından 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
-
12:21Türkiyənin Azərbaycandakı səfirliyindən 20 Yanvarla bağlı paylaşım - FOTO
-
12:1820 Yanvar üçün yaradılan zəmin, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
-
12:16Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO
-
19:18İsmayıllıda vaksinasiyaya start verildi
-
19:14Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi
-
19:1220 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar
-
19:11Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
-
12:00Dövlət Komitəsindən xəbərdarlıq: İyulun 1-dən qadağan ediləcək
-
11:59Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?
-
11:57SOCAR Rumıniyadakı fəaliyyətini genişləndirməkdə davam edir
-
11:55İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
-
11:54TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
-
11:53Daha iki şəhid ailəsi təqaüd kartları ilə təmin edilib - FOTO
-
21:32İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
-
20:38Nikitin adına kolxozun inkişaf etdirilməsi prioritetimizdir
-
17:28"Xarici donorların Azərbaycana cəlb olunması çox vacibdir" (MÜSAHİBƏ)
-
17:17“GƏNCƏVİ” Jurnalı dərc olunacaq
-
13:30Dövlət büdcəsinə köçürüləcək vəsaitlərlə bağlı dəyişiklik – LAYİHƏ
-
13:28Azərbaycanda yüksək vəzifəli şəxslər vaksinasiya olundu - FOTO
-
13:18Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin sosial hədəflərini açıqladı - VİDEO
-
13:14İlk vaksin Səhiyyə naziri Oqtay Şirəliyevə vuruldu - VİDEO
-
13:13Vaksinasiya tədbirlərinin keçirilməsinin iqtisadi əsaslandırılması
-
12:20“İnsanlar öncə xoşbəxt olmalıdır, sonra uğurlu” – Sosial sahibkar Fidan Nizamova (MÜSAHİBƏ - FOTOLAR)
-
12:01İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
-
10:41İlk olaraq Oqtay Şirəliyev peyvənd olunacaq
-
10:37Bu gündən sərt karantin rejimi yumşaldıldı
-
10:35Qalmaqala görə “WhatsApp” yeni qərarının icrasını təxirə saldı
-
10:29Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
-
12:27Müdafiə Nazirliyində brifinq keçirilib - VİDEO
-
12:2420 milyon ABŞ dollarını aşan gəlir
-
16:42“Qarabağ Qaziləri” İctimai Birliyinin Cəbrayıl filialı Vətən müharibəsi iştirakçıları və Qaziləri ilə görüşüb
-
16:04“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı tədbir keçirildi
-
15:13İsmayıllıda növbəti dəfə qazilər ziyarət olunub
-
14:56"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzinin tərəfdaşlığı ilə "COVİD" layihəsinə start verilib
-
12:21Şəhərlərarası və rayonlararası hərəkət bərpa edilir - RƏSMİ
-
12:20Bərbərxana və gözəllik salonları açılır - RƏSMİ + VİDEO
-
12:19Restoranların fəaliyyəti bərpa edilir - RƏSMİ + VİDEO
-
12:17Vaksinlərin alınması hansı maliyyə hesabına həyata keçiriləcək? - AÇIQLAMA
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021
Digər xəbərlər
-
İctimai, Təhsil, Maraqlı, Foto
“İnsanlar öncə xoşbəxt olmalıdır, sonra uğurlu” – Sosial sahibkar Fidan Nizamova (MÜSAHİBƏ - FOTOLAR)
-
İctimai, Təhsil
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
-
İctimai, Təhsil, Maraqlı
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı tədbir keçirildi
-
İctimai, Təhsil, Maraqlı
"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzinin tərəfdaşlığı ilə "COVİD" layihəsinə start verilib
-
İctimai, Təhsil, Foto
İdmançımız İbrahim Cəbizadənin bu gün doğum günüdür (FOTOLAR - VİDEO)
-
İctimai, Təhsil, Maraqlı
"Loqos" Psixoloji və Nitq inkişafı mərkəzindən Azərbaycanda ilk - "Scamper metodikası" təlimi
-
İctimai, Təhsil, Maraqlı
Qarabağda qurulacaq kitabxana üçün ilk addım - FOTO
-
İctimai, Təhsil
Nazirdən tələbələrin semestr imtahanları ilə bağlı QƏRAR
-
İctimai, Təhsil
Azərbaycanda institut direktoru və müavini ciddi nöqsanlara görə işdən çıxarıldı