Banklar ölkəyə yatırımları dəstəkləyiblər – RƏQƏMLƏR AÇIQLANDI

Banklar ölkəyə yatırımları dəstəkləyiblər – RƏQƏMLƏR AÇIQLANDI

Ötən il Azərbaycanda əsas kapitala yönəldilmiş sərmayədə bank kreditləri 2061,8 milyon manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 4% çoxdur.

AMVPRESS.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17184,3 milyon manat və ya əvvəlki illə müqayisədə 2,3% az vəsait yönəldilmişdir. Bu azalma neft-qaz sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri neft-qaz sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,9% artmışdır.

Ümumi sərmayənin 11393,4 milyon manatı və ya 66,3% məhsul istehsalı sahələrinin, 4432,6 milyon manatı (25,8 faizi) xidmət sahələrinin, 1358,3 milyon manatı (7,9 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür.            

Ümumi sərmayənin 48,3% dövlət, 51,7% qeyri- dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 65,4% tikinti-quraşdırma işlərinə sərf edilmişdir.  Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 69,8% -ni təşkil etmişdir. 

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 8942,6 milyon manat, bank kreditləri 2061,8 milyon manat, büdcə vəsaitləri 4857,2 milyon manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 207,6 milyon manat, əhalinin şəxsi vəsaitləri 980,9 milyon manat, sair vəsaitlər 134,2 milyon manat təşkil etmişdir.

AMVPRESS.AZ

Xəbər lenti