Azərbaycanda vergi-gömrük güzəştləri olanlar – SİYAHIYA ALINACAQ

Azərbaycanda vergi-gömrük güzəştləri olanlar – SİYAHIYA ALINACAQ
Maliyyə Nazirliyi da vergi-gömrük sahəsində verilmiş güzəştlərə dair «Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi»nin yaradılmasına başlayıb. AMVPRESS.AZ xəbər verir ki, artıq nazirlik bununla bağlı tender elan edib. Tenderdə reyestri sisteminin qurulması ilə bağlı texniki tapşırığın hazırlanmasından ötrü məsləhət xidmətlərinin göstərilməsi üçün bu sahədə böyük təcrübəyə malik şirkətlər cəlb ediləcək. 

Nazirliyin müəyyən etdiyi tender şərtlərinə görə, burada maliyyə və İKT sahəsində təcrübəsi olan və texniki tapşırıqların hazırlanmasında, proqram təminatları və sistemlər üzrə məsləhət xidmətlərinin göstərilməsində, maliyyə-iqtisadiyyat və İKT ilə bağlı təhlillərdə ən azı 3 illik təcrübəyə malik olan, məsləhətçinin digər layihələrdə tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirildiyini göstərən sənədlərin təsdiqlədiyi tamamlanmış ən azı 5 uğurlu layihə-tapşırığına bənzər təcrübəyə sahib olan, komandada risk, vergi, maliyyə və İKT sahəsində geniş təcrübəyə malik üzvlər aidiyyəti sahələrdə qanunvericilik və normativlərlə tanış və layihə idarə edilməsində təcrübəyə malik "Dövlət satınalmaları haqqında” Qanunla müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar iştirak edə bilərlər. 
 
 
AMVPRESS.AZ

Xəbər lenti