Azərbaycanda Rusiya şokoladlarına - MARAQ ARTIB

Azərbaycanda Rusiya şokoladlarına - MARAQ ARTIB

Bu ilin birinci rübündə Azərbaycan Rusiyadan ümumi dəyəri12mlnABŞ dolları olan şokolad məhsulları idxal edib.

AMVPRESS.AZ-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin analoji dövrü ilə müqayisədə29%çoxdur.

Məlumata görə, Rusiyanın Azərbaycana ixrac etdiyi şokolad məhsullarının məbləği bu ölkənin ümumi ixracının9%-nə bərabərdir.

Ümumilikdə isə bu ilin birinci rübündə Rusiya142mln dollar dəyərində şokolad və şololad məhsulları ixrac edib. Bu, 2018-ci ilin analoji dövrü ilə müqayisədə4%və ya5,6mln doillar çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Rusiya57ölkəyə şokolad məhsulları ixrac edib. Bu müddət ərzində Qazaxıstana28mln dollar dəyərində bu adda məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə15%çoxdur. Qazaxıstana ixrac edilən şokoladın payı Rusiyanın ümumi ixracının19%-nə bərabərdir.

Rusiyanın Çinə ixrac etdiyi şokoladın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə12%artaraq19mln dollar məbləğində olub. Bu isə Rusiyanın ümumi şokolad ixracının14%-nə bərabərdir.

Həmçinin, bu dövr ərzində Rusiyanın Belarusa şokolad ixracı27%azalaraq14mln dollar məbləğini təşkil edib. Bu isə Rusiyanın ümumi şokolad ixracının10%-nə bərabərdir.

 


AMVPRESS.AZ

Xəbər lenti