Azərbaycanda islahatları izləmək üçün - PORTAL YARADILIB

Azərbaycanda islahatları izləmək üçün - PORTAL YARADILIB
Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və BP şirkəti ilə birgə hazırladığı yeni "monitorinq.az" portalının təqdimatı keçirilib.

AMVPRESS.AZ xəbər verir ki,  portalın yaradılmasının əsas məqsədi strateji yol xəritələrin və digər dövlət proqramlarının monitorinqi və qiymətləndirməsi qurumlar arasında olan kommunikasiya məsafəsini azaltmaq, monitorinq və qiymətləndirmə institutunun rəqəmsallaşdırmaq, sadələşdirmək və şəffaflaşdırmaqdır.

İİTKM-nın icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda elektron hökumət və elektron məhkəmə ilə yanaşı, həm də elektron monitorinq sisteminin yaradılması çevik və səmərəli dövlət idarəetməsini təmin edir. O bildirib ki, İİTKM strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini, həmçinin öz səlahiyyətləri çərçivəsində dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri, aqroparklarda həyata keçirilən fəaliyyətlərin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirir.

V.Qasımlı islahat proseslərinin rəqəmsal platformalar vasitəsilə aparılmasını Prezident İlham Əliyevin ölkədə islahatların davamlı və ən qabaqcıl beynəlxalq təcrübələr və yanaşmaların tətbiqi barədə tapşırıqların nəticəsi olduğunu qeyd edib. Monitorinq.az portalı dövlət strategiyalarının, proqramların, tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsi nəticəsində Big Data bazası yaratmağa imkan yaradır.

Digər tərəfdən azrenkinq.az portalı isə Big Data- dan istifadə etməklə islahatların generizasiyasını təmin edir və islahatlar da yenidən monitorinq olunur. O bildirib ki, gələcəkdə monitorinq.az və azrenkinq.az portalları arasında funksional əlaqə "müdrik çevrə" yaradılacaq.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirib ki, BP İİTKM ilə birgə elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilmək layihəsini artıq başa çatdırılıb. O qeyd edib ki, BP həmişə ölkədə iqtisadiyyatın diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiqdir. Biz Azərbaycanın davamlı iqtisadi inkişafına töhfə verəcəyini hesab etdiyimiz bu layihəni dəstəkləməkdən qürur duyuruq.

Qeyd edək ki, bu layihənin dəyəri 204 min manatdır.
 
AMVPRESS.AZ

Xəbər lenti