Azərbaycanda iş adamları üçün yeni qurum - DÖVLƏT RƏSMİLƏRİ DƏ QATILIB

Azərbaycanda iş adamları üçün yeni qurum - DÖVLƏT RƏSMİLƏRİ DƏ QATILIB

İyunun 30-da Bakıda dövlət rəsmiləri, 100-dən çox kiçik və orta sahibkarlar arasında işgüzar şəbəkələşmələrin qurulması məqsədilə görüş keçirilib.

AMVPRESS.AZ xəbər verir ki, tədbirdə çıxış edən "Majlis Business Network”un təsisçilərindən Şəmsi Bayramzadə qurumun iki illik fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirib ki, tədbirin məqsədi kiçik və orta sahibkarlar arasında işgüzar şəbəkələşmələrin qurulması, sahibkarların fərdi və biznes modellərinin inkişafı, onların satışlarının yüksəlməsi, yeni bazarlarda üfüqlərin yaradılması imkanlarının nəzərdən keçirilməsidir.

Təşkilatın idarəçi tərəfdaşı Tamerlan İsmayılov isə qurumun vizyonu, gələcək missiyaları, sahibkarlar üçün növbəti 6 ayda baş tutacaq önəmli fəaliyyətləri haqqında ətraflı danışıb və təşkilatın yeni məhsulunu təqdim edib. O qeyd edib ki, "Majlis Business Network”un çoxdandır gözlənilən üzvlük proqramı sahibkarlar üçün xüsusi imkanlar yaradacaq.

T.İsmayılovun sözlərinə görə, "Kübar” və "Zadəgan” adlı üzvlük paketlərinin hər birinin özünəməxsus imkanlar vəd edən faydaları olacaq. Üzv olan şirkət sahibləri qapalı tədbirlərdə, dəyirmi masalarda, təşkilatın dövlət və özəl şirkətlərin rəhbərləri ilə görüşlərində iştirak edəcək, sponsor olmaq və başqa bu kimi geniş imkanlar əldə edəcəklər.

Müştərilər məhsullar haqqında ətraflı məlumatı qurumun rəsmi saytından (http://www.majlis.network) əldə edə biləcəklər. Tədbirdə iştirak edən dövlət rəsmiləri, ictimai şəxslər çıxışları zamanı qurumun bu günə qədər olan uğurlarından, fəaliyyətinin iqtisadi inkişafa göstərəcəyi faydalardan söz açıblar. Məclisin sonunda sahibkarlardan alınmış biznes kartlar vasitəsilə müsabiqə keçirilib. Qalib üç sahibkar hədiyyə olaraq üzvlük üçün xüsusi endirim kuponları əldə edib.

 

AMVPRESS.AZ

Xəbər lenti