Azərbaycanda investisiyaların – ARTIB-AZALDIĞI RAYON/ŞƏHƏRLƏR

Azərbaycanda investisiyaların – ARTIB-AZALDIĞI RAYON/ŞƏHƏRLƏR

Azərbaycanda kapital qoyuluşunun ən çox artdığı və azaldığı rayonlar məlum olub.

AMVPRESS.AZ xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında 22 rayon və şəhərdə yatırımların artması, 36 rayon/şəhərdə isə azalması müşahidə edilib.

Bu dövrdə paytaxtda da kapital qoyuluşunn azalması qeydə alınıb.

Məlumata görə, bu dövrdə kapital qoyuluşunun ən çox artdığı rayonlar Şirvan şəhəri (6,8 dəfə), Göyçay (2,9 dəfə), Quba (2,6 dəfə), Kürdəmir (2,5 dəfə) və Şəmkir (2,5 dəfə) rayonları olub.

Yatırımların ən çox azaldığı rayon/şəhərlər isə Neftçala (10,6 dəfə), Bərdə (4 dəfə), Ağcabədi (3,8 dəfə), Hacıqabul (3,6 dəfə) və Cəlilabaddır (3,3 dəfə).

AMVPRESS.AZ


 


Xəbər lenti