Azərbaycanda hotellər bağlanır? - AÇIQLAMA

Azərbaycanda hotellər bağlanır? - AÇIQLAMA
Azərbaycan Hotel Assosiasiyası (AHA) koronavirusa görə yaranmış qlobal böhranla əlaqədar ölkədəki hotellərin bağlanması barədə yayılan məlumatlara münasibət bildirib.

AMVPRESS.AZ Trend-ə istinadən xəbər verir ki, Assosiasiyanın (AHA) Baş icraçı direktoru Günay Sağlam bildirib ki, əslində hotellər tam olaraq bağlanmırlar.
Onlar fəaliyyətlərini müvəqqəti olaraq dayandırırlar:
"Göstəricilər də hotellərdə dolma faizinin aşağı olduğunu göstərir. Yerlər dolmadığı halda, hotelləri açıq saxlamağın heç bir mənası yoxdur. Biz çağırış edirik ki, hoterllərdəki işçiləri işdən çıxarmasınlar, onları işdən müvəqqəti ayırsınlar. Çünki bizim yerli kadrlara çox böyük ehtiyacımız var. Bu kadrlar uzun müddət ərzində yetişdirilir”.
 
AMVPRESS.AZ

Xəbər lenti