Azərbaycanda helikopterlərin - TƏMİRİ ZAVODU TİKİLƏCƏK

Azərbaycanda helikopterlərin - TƏMİRİ ZAVODU TİKİLƏCƏK
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi inşa olunacaq.
AMVPRESS.AZ xəbər verir ki, bu barədə Baş Nazirin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev dekabrın 9-da Bakıda Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinlə görüşdə deyib.
Ş.Mustafayev bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasının proqramı genişdir. Belə ki, bu gün Pirallahıda dərman istehsalı zavodunun açılışı olacaq, həmçinin Zabrat aeroportunda helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulacaq. Həmçinin bu gün Hacıqabul Sənaye Parkında növbəti müəssisənin təməlqoyma mərasimi keçiriləcək. Gələn ilin yazında isə "QAZel” markalı avtomobillərin istehsalı üzrə zavodun açılışı olacaq.
AMVPRESS.AZ

Xəbər lenti