Azərbaycanda 3 bankın qeyri-faiz xərci – 100 MİLYON MANATDAN ÇOXDUR

Azərbaycanda 3 bankın qeyri-faiz xərci – 100 MİLYON MANATDAN ÇOXDUR

Azərbaycanda ən çox və ən az qeyri-faiz xərcləri olan banklar məlum olub. 30 bankdan 3-nün qeyri-faiz xərci 100 milyon manadan çoxdur.

AMVPRESS.AZ bankların 2019-cu ilin sonun olan maliyyə göstəricilərinə istinadən xəbər verir ki, Azərbaycanda ən çox qeyri-faiz xərci "Kapital Bank”a məxsus olub. Belə ki, bankın qeyri-faiz xərci 209 milyon 791 min manat təşkil edib.

İkinci ən çox qeyri-faiz xərci Beynəlxalq Banka (ABB) məxsus olub. ABB-nin qeyri-faiz xərci 165 milyon 669 min manat təşkil edib. Siyahının üçlüyünü isə 124 milyon 960 min manatla "Paşa Bank” tamamlayır.  

Ən az qeyri-faiz xərci isə "Naxçıvanbank” (4 mln 098 min manat), "Pakistan Milli Bank”ının Bakı filialı (863 min manat), "Bank Melli İran” Bakı filialı (109 min manat) məxsus olub.

AMVPRESS.AZ

Xəbər lenti