AZAL və “PASHA Travel” razılığa gəliblər

AZAL və “PASHA Travel” razılığa gəliblər

AZAL və "PASHA Travel” Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəlmişdir.

"Bu günlərdə "Azərbaycan Hava Yolları”nın Ər-Riyadda keçirilmiş "Azərbaycan şahinin gözü ilə” təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olmuşdur.

Bu böyük tədbirin ilk nəticəsi kimi AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru "PASHA Travel” ilə tərəfdaşlığını elan etməyə şaddır”.

Bu,"Azərbaycan Hava Yolları” QSC və "PASHA Travel”ın mətbuat xidmətlərinin birgə açıqlamasında deyilir.

"PASHA Travel” təqdimatda bəyan edilən altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək:

-Bakı - Dammam- Bakı – cümə günləri (iyunun 7-dən etibarən);
-Bakı- Ər-Riyad- Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
-Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);

Xatırladaq ki, AZAL həmçinin Səudiyyə Ərəbistanının aşağıdakı şəhərlərinə birbaşa aviareyslər yerinə yetirəcək.

-Bakı-Ciddə-Bakı - bazar ertəsi günləri (aprelin 8-dən etibarən);
-Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);
-Bakı-Burayda (Əl-Qassim)-Bakı – (cədvəl dəqiqləşdirilir)

Qeyd edək ki, AZAL və "PASHA Travel”ı  2017-ci ildən bəri uzunmüddətli uğurlu əməkdaşlıq bağlayır. Səudiyyə Ərəbistanına yeni reyslərlə yanaşı, cari ildə birgə birbaşa çarter reysləri həmçinin iyunun 20-dən sentyabrın 12-dək Tivata (Monteneqro) yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın (23 kq-dək) pulsuz daşınması və isti yeməklər və soyuq qəlyanaltıların tam çeşidi daxildir.


AMVPRESS.AZ


Xəbər lenti