Ayaz Məmmədovun seçicilərlə görüşü keçirilib

Ayaz Məmmədovun seçicilərlə görüşü keçirilib

17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisə bitərəf namizəd Məmmədov Ayaz İlham oğlunun seçicilərlə görüşü keçirilib.

AMVPRESS.AZ xəbər verir ki, seçiciləri qarşısında çıxış edən Ayaz Məmmədov namizədliyinin təsdiq olunması üçün imza verən Yasamal rayon sakinlərinə öz təşəkkürünü bildirib.

Daha sonra isə görüşdə Ayaz Məmmədov qeyd edib ki, seçiləcəyi təqdirdə seçiciləri ilə müntəzəm görüşlər keçirərərək, onların problemləri ilə ətraflı tanış olacaq, bürokratik əngəllər və digər səbəblər üzündən dövlət və icra qurumlarında həllinə nail ola bilmədikləri haqlı tələblərini deputat səlahiyyətləri çərçivəsində əlaqədar təşkilatlar qarşısında həllinə çalışacaqdır.

Təmsil etdiyi rayonun əhalisinin elektrik enerjisi, su və qazla etibarlı təminatını daima diqqət mərkəzində saxlayacaq, məhəllədaxili yolların abadlaşdırılması, küçələrin işıqlandırılması məsələlərinin və bu qəbildən olan insfrastruktur xarakterli məsələlərin müvafiq icra nümayəndləri vasitəsi ilə həll edəcəyini vurğulayıb.

 

Məmmədov Ayaz İlham oğlu kimdir?

Doğum tarixi: 24 iyul 1993

Doğum yeri: Bakı

Ailə vəziyyəti: Ailəli

2011-ci ildə 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki Humanitar Elmlər Litseyini bitirib. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət Universitetinin Dram Teatr və Kino aktyorluğu fakültəsini bitirmişdir.

2015-ci ildən etibarən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin , Mədəni tədbirlərinin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzdə Baş mütəxəssis vəzifəsində xidmət göstərir.

Müxtəlif ictimai və mədəni tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur.

Dəfələrlə cəbhə bölgələrində, ölkə daxili keçirilən bir çox dövlət konsert, təbirlərdə iştirak etmişdir.

Mükafatlar

Bir çox Dövlət qurumları tərəfindən 50 -dən çox Fəxri Fərman , Diplomla təltif olunmuşdur.

Ayaz Məmmədov Türkiyədə 3 mükafata layiq görülüb.

Həmçinin ” Vətənpərlik İşində Xidmətlərinə Görə ” Medalına və "Türk Dünyası Dostluq ” Ordeninin sahibidir.

Xəbər lenti