Asim Mollazadə seçicilərlə növbəti görüşünü keçirib

Asim Mollazadə seçicilərlə növbəti görüşünü keçirib

Asim Mollazadə seçicilərlə növbəti görüşünü keçirib. 

Demokratik İslahatlar Partiyasının sədri, 9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizədliyini irəli sürmüş Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.

"Bakı Tikiş Evi” ASC-nin həyətində baş tutan görüşdə millət vəkili seçicilərinə parlament fəaliyyəti barədə hesabat verib və yeni seçki platformasındakı prioritet məsələlərə toxunub. Asim Mollazadə ölkədə islahatların aparılması zərurətindən, qarşıdakı hədəflərdən danışıb, seçiciləri narahat edən məsələlərə aydınlıq gətirib. Pensiya yaşı, maaşların artırılması, şəhərdaxili ictimai nəqliyyatın işinin yaxşılaşdırılması, işləyən qadınlar üçün imtiyazların nəzərdə tutulması, uşaqpulu, alimentlərin ödənilməsi və digər məsələlərlə bağlı seçiciləri maraqlandıran sualları cavablandırıb. Seçicilərin fikir və təkliflərini dinləyərək parlamentdə bu istiqamətdə qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyini bildirib.

Asim Mollazadə seçicilərdən ölkədə gedən islahatlara dəstək verməyi, ümummilli problemlərin həllində əl-ələ verərək yaxından iştirak etməyi xahiş edib.

Seçicilər də öz növbələrində Asim Mollazadənin parlament fəaliyyətini yüksək qiymətləndiriblər. Onun hər zaman ölkəmiz və xalqımız üçün həlli vacib olan məsələləri gündəmə gətirdiyini, xaricdə Azərbaycanın milli maraqlarını ləyaqətlə müdafiə etdiyini vurğulayıblar.

AMVPRESS.AZ


Xəbər lenti