Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb

Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb

Bu ilin birinci yarısında Azərbaycandan Gürcüstana 622 717 nəfər səfər edib.

Bu barədəGürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

 

İllik müqayisədə Azərbaycandan Gürcüstana səfərə yollananların sayı 22 332 və ya 3,7% artıb.

 

Hesabat dövründə Azərbaycan Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 691 587 nəfərlə Rusiya, üçüncü yerdə isə 530 994 nəfərlə Ermənistan qərarlaşıb.

 

Təkcə iyun ayında isə qonşu ölkə Azərbaycandan 124 780 nəfər ziyarətçi qəbul edib ki, bu da ötən ilin analoji göstəricisindən 10 128 nəfər, yaxud 8,8% çoxdur.

 

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Gürcüstana 3 862 444 əcnəbi ziyarətçi (+8,4%) səfər edib. Onların 2 127 142 nəfərini turistlər (+10%) təşkil edib.

 

 
AMVPRESS.AZ

Xəbər lenti